Çinin Rusiya ilə ticarət kəsiri rekord həddə çatıb

14-01-2023, 00:26           
Çinin Rusiya ilə ticarət kəsiri rekord həddə çatıb
Ukraynada müharibənin başlamasından sonra qlobal enerji qiymətlərinin yüksəlməsi nəticəsində Çinin Rusiya ilə ticarət kəsiri 2022-ci ildə rekord həddə çatıb. "Report" bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Çin Baş Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ildə dünyanın ikinci ən böyük iqtisadiyyatı Rusiya ilə 38 milyard dollarlıq ticarət kəsiri ilə üzləşib.

Çin Rusiyadan 114,1 milyard dollar dəyərində mal alıb ki, bu da ötən illə müqayisədə 44% çoxdur. Rusiyaya ixrac təxminən 13% artaraq 76,1 milyard dollara çatıb.

Avropa İttifaqının sanksiyalarından sonra Çin Hindistan və Türkiyə ilə birlikdə Rusiya xam neftinin bir neçə əsas alıcısından birinə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru