Ermənistanda 4 günlük müharibəyə görə həbslər: general və iki polkovnik qandallandı

31-05-2016, 12:33           
Ermənistanda 4 günlük müharibəyə görə həbslər: general və iki polkovnik qandallandı
Ermənistan İstintaq Komitəsi Müdafiə Nazirliyinin rəhbərliyində həbslər barədə məlumat yayıb.
Hurriyyet.org (Hurriyyet.az, Hurriyyet.tv) virtualaz.org-a istinadla xəbər verir ki, məlumata əsasən bəzi yüksək vəzifəli hərbçilər ötən axşam həbs edilib. “Rəsmən təsdiq edirəm ki, mayın 30-da axşam general Mels Çilingəryan, polkovniklər Mqer Papyan və Armen Marqaryan həbs olunublar. Həbslər iki müxtəlif cinayət işinin istintaqı çərçivəsində həyata keçirilib. Söhbət aşağı keyfiyyətli malların alınması, bəzi hallarda şişirdilmiş qiymətə alınması faktları ilə bağlı qaldırılmış cinayət işlərindən gedir” - İstintaq Komitəsinin rəsmisi Sona Tuzyan bildirib.
Xatırladaq ki, general Mels Çilingəryan Ermənistan Müdafiə Nazirliyinin silah idarəsinin rəisi olub. O, bir neçə gün əvvəl işdən azad edilmişdi. Mayın 18-də isə Müdafiə Nazirliyinin avtomobil xidmətinin rəisi, polkovnik David Abramyan həbs olunub. Habelə aprelin sonlarında Ermənistan Müdafiə Nazirliyinin üç generalı işdən qovulub.
Müdafiə Nazirliyinin rəhbərliyində bu işdən qovulmalar və həbslər aprelin əvvəllərində Qarabağa gedən 4 günlük hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun verdiyi itkilər, habelə ordunun təchizatı ilə bağlı üzə çıxan acınacaqlı vəziyyətlə bağlıdır.
Habelə bu hərbi əməliyyatlar zamanı qaçıb gizlənən, ancaq döyüşlər dayanandan sonra üzə çıxan erməni polkovnik, Mataqik polkunun komandiri Arutyun Əmirxanyan işdən azad edilib. O, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Yuri Xaçaturovun qohumudur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.