Rusiyada əcnəbiləri müharibəyə cəlb etməyin yeni üsulu tapılıb

17-01-2023, 10:14           
Rusiyada əcnəbiləri müharibəyə cəlb etməyin yeni üsulu tapılıb
Rusiya hərbi rəhbərliyi əcnəbiləri Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün yeni üsul tapıb. Onlara avtomatik vətəndaşlıq almaq təklif edilir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rusiya ərazisində Rusiya Federasiyasının vətəndaşlığını almaq üçün növbədə olan xarici vətəndaşlar könüllü olaraq ordu sıralarına çağırılmağa və avtomatik olaraq Rusiya vətəndaşlığını almağa dəvət olunur”, - Baş Qərargahdan bildirilib.

Həm də Moskvada hərbçilərə maddi dəstək vermək üçün kommersiya strukturlarına təzyiq göstərməyə başlayıblar. Onlardan silahlı qüvvələrə 10 milyon rubl məbləğində pul köçürmələri tələb edilir.(Mənbə: rbc.ua)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru