Asiya ölkələri Ay təqvimi ilə Yeni ilə hazırlaşırlar - FOTO

17-01-2023, 11:44           
Asiya ölkələri Ay təqvimi ilə Yeni ilə hazırlaşırlar - FOTO
Asiya qitəsində yerləşən bir sıra ölkələrdə Ay təqviminə görə qeyd edilən Yeni ilin hazırlıqlarına başlanılıb.

Çin, Vyetnam kimi Asiya ölkələrində Qara Su Dovşanı ili 21-22 yanvar tarixlərində daxil olur.

Ay təqviminə görə qeyd edilən Yeni il Sinqapur, Malayziya, İndoneziya, Tailand və Yaponiyada da kütləvi şəkildə qeyd olunur.

Astroloqlar bildirirlər ki, Dovşan ili dəyişiklik ili hesab olunur.

Astroloqların fikrincə, dovşan mülayim və sakit heyvandır. Buna görə də il mənəvi harmoniya şəraitində keçəcək, mehriban və hətta romantik münasibətlərlə zəngin olacaq.

Qeyd edək ki, Çində bayram günləri yanvarın 27-dək davam edəcək.




Mənbə: Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru