Pentaqon: Rusiya çatışmazlıq səbəbindən İran və KXDR-dən raket istəyir

17-01-2023, 09:11           
Pentaqon: Rusiya çatışmazlıq səbəbindən İran və KXDR-dən raket istəyir
Kreml öz döyüş başlıqları və pilotsuz uçuş aparatlarının çatışmazlığı ilə üzləşdiyi üçün İran və Şimali Koreyadan raketlər istəməyə davam edir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal deyib.

Bu baxımdan ABŞ Moskvanın Tehran və Pxenyanla münasibətlərinin dərinləşməsini gözləyir.

"Açq desək, bu, Rusiyanın çarəsizliyinə işarədir ki, onlar İran və Şimali Koreyaya üz tuturlar. Aviasiyaya gəlincə, hesab edirəm ki, biz İran və Rusiya Federasiyasının münasibətlərini dərinləşdirməsini gözləməliyik. Çünki Rusiya çatışmayan silahları əldə etmək üçün getdikcə daha çox başqa ölkələrin köməyinə arxalanacaq”, - Pentaqon təmsilçisi bildirib.

Öz növbəsində, ABŞ dövlət katibinin müavini Vendi Şerman deyib ki, Birləşmiş Ştatlar Rusiya-İran münasibətlərindən narahatdır. Vaşinqton rəsmi Kremlin özünün raket istehsalı ilə bağlı gördüyü hər şeyi izləyəcək və sanksiyalar tətbiq edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru