İranda dərman böhranı yaranıb

17-01-2023, 11:39           
İranda dərman böhranı yaranıb
İranda 170-dən çox adda dərman preparatı çatışmazlığı yaranıb.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, dərmanların qiymətinin bahalaşması və qıtlığı səbəbindən pasiyentlər ciddi problemlə üzləşib.

Məlumata görə, müşahidə olunan soyuq hava şəraiti ölkənin müxtəlif bölgələrində mövsümi xəstəliklərə yoluxma hallarını artırıb. Bu isə müəyyən dərman preparatlarına olan tələbatı kəskin artırıb.

Bununla yanaşı, qış ayları olmasına baxmayaraq son günlər İranda təbii qazın təchizatında fasilələrin yaranması əhali arasında xəsətlənmə sayını daha da artırıb.

Tehran hakimiyyətinin yürütdüyü siyasət səbəbindən ölkə iqtisadiyyatına, o cümlədən neft-qaz sənayesinə tətbiq edilən sanksiyalar da farmakoloji sahədə problem yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru