Avstraliyada qadınları qorxuya salan qanun dəyişikliyi

18-01-2023, 10:18           
Avstraliyada qadınları qorxuya salan qanun dəyişikliyi
Avstraliyanın Kvinslend ştatında yeniyetmələr ata-ananın icazəsi olmadan 16 yaşından etibarən cinsiyyətlərini dəyişə biləcəklər. Valideynlər etiraz edərsə, onlara məhkəməyə vermək təklif olunur.

Müvafiq qanun yerli hakimiyyət orqanları tərəfindən qəbul ediləcək.

Hazırda ştatda insanlar doğum şəhadətnamələrində cinsiyyətini dəyişmək istəsələr, müvafiq əməliyyatdan keçməlidirlər. Ancaq yeni layihəyə əsasən əməliyyat tələbi aradan qaldırılır. Artıq sənədlərdə cinsiyyətini dəyişmək üçün heç bir arayış təqdim etmək lazım olmayacaq. Sadəcə yeniyetməni ən azı bir il tanıyan bir yetkinin şahidliyi lazımdır.

Çoxları qanunu tənqid edib. Belə hesab olunur ki, bu yolla qadınlar artıq özlərini təhlükəsizdə hiss edə bilməyəcəklər. Axı xəstəxanalarda, paltardəyişmə otaqlarında və s., yalnız formal olaraq cinsiyyətini dəyişənlər onların yanında qala biləcəklər.

Vəkillər də bunun əleyhinədirlər. Qanunun dövlət strukturları və idarələri üçün problemlər yaradacağı bildirilir.

Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru