Şimali Koreya lideri orta yaş sindromuna düçar olub

18-01-2023, 09:38           
Şimali Koreya lideri orta yaş sindromuna düçar olub
Şimali Koreya lideri Kim Çen In orta yaş böhranı səbəbindən içkiyə qurşanıb.

İddiaya görə, Şimali Koreya dövlətinin başçısı hər gün spirtli içki içir və mütəmadi olaraq ağlayır.

Şimali koreyalı alim Çxve Cinvuk tezliklə 40 yaşı tamam olacağı üçün Kim Çen Inın səhhətindən narahat olduğunu bildirib.

“O, çox tənhadır və təzyiq altındadır”, - Cinvuk deyib.

İddia olunur ki, həkimlər və həyat yoldaşı KXDR liderinə daha tez-tez idmanla məşğul olmağı tövsiyə ediblər, lakin o, bu tövsiyələrə məhəl qoymur. Kim Çen In artıq çəkilidir və həddindən artıq siqaret çəkir.

Mənbə: Mirror












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru