KİV: “Bayden tezliklə prezidentliyə namizədliyini açıqlayacaq”

19-01-2023, 08:21           
KİV: “Bayden tezliklə prezidentliyə namizədliyini açıqlayacaq”
ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden tezliklə 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlaya bilər.

“Report” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Hill” qəzeti yazıb.

Nəşrin “çoxsaylı” mənbələrinə görə, Bayden ilk olaraq fevralın 7-də amerikalılara illik müraciətindən sonra yenidən prezident seçilmək niyyətini açıqlayacaq. Onların sözlərinə görə, yaza yaxın rəsmi açıqlama veriləcək.

Xatırladaq ki, daha öncə Cozef Bayden 2024-cü il prezident seçkilərində iştirakını istisna etməyib . Rəsmi olaraq onun namizədliyi açıqlanmayıb. ABŞ-nin keçmiş prezidenti Donald Tramp da seçkilərdə iştirak etmək niyyətindədir. Cozef Baydenin 80, Donald Trampın 76 yaşı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru