Alamaniya Rusiya neftindən asılılığa son qoydu - DAHA BİR MİF DAĞILDI
20-01-2023, 12:38
Almaniyanın maliyyə naziri Kristian Lindner deyib ki, AFR artıq Rusiyadan gələn enerji idxalından asılı deyil. Əvvəllər Almaniya işlətdiyi qazın təxminən yarısını, neftin isə 1/3-ni Rusiyadan gətirdirdi. Məlum olaylar, o cümlədən Rusiya-Ukrayna müharibəsiylə bağlı ötən ilin avqustunda Rusiya ölkəyə qaz nəqlini, bu ilin yanvarında isə artıq Almaniya özü Rusiya neftinin idxalını dayandırıb. Əlbəttə, Almaniya neft və qaz almağa davam edir, amma Rusiyadan yox, Norveç, ABŞ və digər ölkələrdən, maye qaz üçün isə əlavə anbarlar düzəldilib. Müharibə, sanksiya söhbəti başlayandan rus təbliğatı deyirdi ki, Avropa və o cümlədən Almaniya rus qazı və nefti almadan keçinə bilməyəcək. Müharibə başlayandan bir il belə keçməyib, bu mif də belə getdi... Teref.az