Rusiya MN-nin damında "Pantsir- S1" - Foto

21-01-2023, 09:05           
Rusiya MN-nin damında "Pantsir- S1" - Foto
Moskva şəhərinə "Pantsir-S1" özüyeriyən zenit-raket sistemlərinin yerləşdirildiyi barədə daha bir foto yayılıb.

Axar.az xəbər verir ki, “Pantsir-S1” sisteminin hətta Rusiya Müdafiə Nazirliyinin və biznes mərkəzlərindən birinin damında olduğunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Rusiya paytaxtının qorunması üçün PUA-lara qarşı effektiv olan “Pantsir” sistemlərinin hər tərəfə, o cümlədən Prezidenti Putinin iqamətgahının ətrafına yerləşdirildiyi haqda məlumat yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru