Moskvada SOS hücum həyəcanı

21-01-2023, 10:25           
Moskvada SOS hücum həyəcanı
Dövlət binalarının üzərinə Pantsir-S hava hücumundan müdafiə sistemləri quraşdırılıb.
Rusiya rəhbərliyi Moskvaya hava zərbələrinin qarşısını almaq məqsədi ilə xüsusi əhəmiyyətli dövlət binalarının, o cümlədən Müdafiə nazirliyinin damına zenit-raket kompleksləri quraşıdırıb.

“Ölkə.Az” xəbər verir ki, dövlət binalarının üzərində zenit-raket komplekslərinin quraşdırılmasına aydınlıq gətirən prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu mənim səlahiyyətimə aid olan məsələ deyil. “Bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz. Onlar ümumilikdə ölkənin, xüsusən də paytaxtın təhlükəsizliyinin təmin edilməsinə cavabdehdirlər”, - Peskov bildirib.

Pantsir-S1 zenit-raket və silah sistemi tırtıllı və ya təkərli şassiyə, qoşquya yerləşdirilə və ya daimi olaraq quraşdırıla bilər.
Kompleks kiçik obyektləri həm insan, həm də pilotsuz hava hücumlarından qorumaq üçün nəzərdə tutulub. Bundan əlavə, kompleks yüngül zirehli yerüstü hədəflərlə, eləcə də düşmənin canlı qüvvəsi ilə mübarizə aparmağa qadirdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru