Britaniyada silah zavodu yaxınlığında yanğın: Sakinlərdən qapı-pəncərələrin bağlanılması istənildi - FOTO

22-01-2023, 10:54           
Britaniyada silah zavodu yaxınlığında yanğın:
Britaniyanın Derbişir qraflığında yanğınsöndürənlər ikinci gündür ki, “PW Defence” (hərbi pirotexnika istehsalçısı) şirkətinə məxsus silah fabrikinin yaxınlığındakı böyük yanğını söndürməyə səy göstərirlər.

Məlumata görə, hadisə nəticəsində iki işçi silah-sursatda istifadə olunan ağ fosfordan zərər çəkib, onlar xəstəxanaya yerləşdiriliblər.

Şahidlərin sözlərinə görə, havadan barıt və kükürd iyi gəlir.

Yanğınla əlaqədar yerli sakinlərdən pəncərə və qapıları bağlı saxlamaq xahiş olunub.

Qeyd edilir ki, zavodda qumbaraatan və pirotexniki vasitələr istehsal olunur.






Mənbə: News.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru