ABŞ Rusiyanın neft məhsullarına məhdudiyyətlər tətbiq edəcək

22-01-2023, 09:34           
ABŞ Rusiyanın neft məhsullarına məhdudiyyətlər tətbiq edəcək
“Rusiya neftinin satışına qoyulan məhdudiyyətlər emal olunmuş neft məhsullarına da şamil edilə bilər”.

Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

Onun sözlərinə görə, məhdudiyyətlər hələ fevralda tətbiq oluna bilər, lakin bu iş daha çətin olacaq:

“Biz bu bazarları çox diqqətlə öyrənmişik və inanırıq ki, neftlə əldə etdiyimiz məqsədlərə çatmağa imkan verəcək bir sıra məhdudiyyətlərlə çıxacağıq”.

Qeyd edək ki, Qərb ölkələri mart ayında Rusiya neftinin marjinal qiymətlərinin səviyyəsinə bazarın o zamankı reallıqları əsasında yenidən baxmağa hazırlaşır. Bu barədə ABŞ maliyyə nazirinin birinci müavini Adeval Adeyemonun koalisiya ölkələrindən olan həmkarları ilə virtual görüşündən sonra məlumat verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru