ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən imtina edib

23-01-2023, 09:20           
ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən imtina edib
Amerika Birləşmiş Ştatları Yaponiyada orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina edib.

"Report" xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, rəsmi Vaşinqton hesab edir ki, Tokionun “Tomahawk” qanadlı raketlərinin yerləşdirilməsi və mövcud Tip 12 raketlərinin mənzilinin artırılması əks-hücum qabiliyyəti əldə etmək niyyəti ilə əlaqədar olaraq Çini cilovlamağa kifayətdir.

Bundan əlavə ABŞ Yaponiyada, ilk növbədə bu cür silahların yerləşdirilməli olduğu ərazilərin sakinləri tərəfindən anlaşma əldə etməyin mümkün olacağına şübhə edir.

Buna baxmayaraq, Çinin hərbi potensialının güclənməsi ilə əlaqədar qüvvələr balansı dəyişərsə, Amerikanın orta mənzilli raketlərinin Yaponiyada yerləşdirilməsi ilə bağlı müzakirələr bərpa oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru