Aİ İranın 18 fiziki və 19 hüquqi şəxsinə sanksiya tətbiq edib
24-01-2023, 00:05
Avropa İttifaqı insan haqlarının pozulmasına görə, İrana qarşı 4-cü sanksiya paketini qəbul edib. Bu barədə Avropa İttifaqı Şurasının açıqlamasında deyilir. Yeni sanksiya siyahısına 18 fiziki və 19 hüquqi şəxs, o cümlədən SEPAH və onun müxtəlif vilayətlərdəki bölmələri daxildir.