Əlcəzair və İtaliya 284 km uzunluğunda qaz kəməri çəkmək niyyətindədir

24-01-2023, 08:14           
Əlcəzair və İtaliya 284 km uzunluğunda qaz kəməri çəkmək niyyətindədir
Əlcəzair və İtaliya "Galsi" qaz kəmərinin (Əlcəzair-Sardiniya-İtaliya qaz kəməri) tikintisinə dair saziş imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın "Nova" agentliyi Əlcəzair Prezidenti Abdelmejid Tebbuna istinadən məlumat yayıb.

Onun sözlərinə görə, buradan təkcə qaz deyil, həm də ekoloji cəhətdən təmiz hidrogen və elektrik enerjisi daşınacaq.

Əlcəzair Prezidenti qeyd edib ki, infrastruktur qazın İtaliyaya, oradan isə Avropaya nəqli üçün istifadə olunacaq.

Bu, təxminən 2880 m dərinlikdə olan 284 km uzunluğunda sualtı kəmərdir və Əlcəzairin şimalını Sardiniyanın cənub-qərbindəki Porto Botte limanı ilə birləşdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru