Uqanda neft hasilatına başlayıb

25-01-2023, 10:15           
Uqanda neft hasilatına başlayıb
Uqanda yanvarın 24-də ölkənin ilk neft qazma qurğusunu işə salıb.

Afrika dövləti Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) tərəfindən idarə olunan “Kingfisher” yatağında hasilata başlayıb.

Ölkənin qərbindəki quyunun işə salınma mərasimində prezident Yoveri Kaquti Museveni də iştirak edib.

Respublika yanacağın kommersiya istehsalına 2025-ci ilin sonunda və ya 2026-cı ildə başlamağı planlaşdırır. Hasilat tam gücünə çatdıqda “Kingfisher”də gündə 40 min barel neft hasil ediləcək.

Qeyd edək ki, bu yataqla yanaşı, respublikanın Albert gölünün şimalındakı Tilenqa bölgəsində də neft ehtiyatları var.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru