BMT Ukraynada humanitar əməliyyatlar üçün 50 milyon dollar ayırıb 27-01-2023, 11:24 BMT-nin Humanitar Fondu Ukraynanın şərqində və cənubunda əməliyyatlar üçün 50 milyon dollar ayırıb."Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.Onun sözlərinə görə, 18 milyondan çox insanın humanitar yardıma ehtiyacı var."2022-ci ildə fonda 327 milyon dollardan çox vəsait daxil olub", - BMT rəsmisi bildirib. Facebook-da paylaş