Almaniya qondarma `erməni soyqırımı`nı tanıdı - VİDEO (YENİLƏNİB)

2-06-2016, 16:17           

Almaniya Bundestaqı qondarma `erməni soyqırımı` ilə bağlı qətnaməni qəbul edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, alman deputatlardan biri nəfər qətnamənin əleyhinə səs verib, bir deputat isə bitərəf olub.

Qeyd edək ki, qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır.

***
13:41

Almaniya Bundestaqında “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnamə müzakirəyə çıxarılıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımı haqqında yaddaş” adlanır.

Layihənin müəllifi, Yaşıllar Partiyasının türk əsilli həmsədri Cem Özdəmir qəzetə müsahibəsində deyib ki, bu qətnamə Ankaranı qıcıqlandıracaq, ancaq Bundestaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən şantaj olunmasına imkan verməyəcək.

Bundestaqda xristian-demokratların fraksiyasının rəhbəri Folker Kauder isə hesab edir ki, qətnamə türklərlə ermənilər arasında barışığa kömək edəcək.

Qətnamə müzakirələrdən sonra səsverməyə çıxarılacaq.
[media=https://www.youtube.com/watch?v=sj99MPMBOog]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.