Kraliça yarıqlı libası ilə diqqət mərkəzində - FOTO
1-05-2023, 00:09
50 yaşlı İspaniya kraliçası Letiziya Ortez ötən gün Madriddəki Ifema Konqres Mərkəzində keçirilən "Tütün və ya Sağlamlıq" konfransına qatılıb.
Publika.az xəbər verir ki, ənənəsi sadiq qalan kraliça qüsursuz stili ilə bir daha ilham verib.
O, tədbirə qar kimi ağappaq uzunqol paltarda gəlib. Hər iki tərəfdən dizindən yuxarı yarığı olam libasını o, mavi çanta və "Magrit" imzalı dikdabanları ilə tamamlayıb. Makiyajda hər zaman sadəliyə üstünlük verən kraliça "Bvlgari"dən akvamarin qaşlı zinət əşyalarını da digər aksessuarları ilə oxşar rənglərdə seçib.