Paraqvayda prezident və parlament seçkiləri başlayıb

1-05-2023, 12:43           
Paraqvayda prezident və parlament seçkiləri başlayıb
Bazar günü Paraqvayda prezident və parlament seçkiləri keçirilir.

Dövlət başçısı vəzifəsinə 13 namizəd mübarizə aparır.

Bununla belə, sorğulara görə, əsas mübarizə onlardan ikisi - hakim mühafizəkar “Kolorado” partiyasının nümayəndəsi Santiaqo Penya və mərkəzçi Həqiqi Liberal Radikal Partiyasından namizəd olan Efrayn Aleqre arasında gedir.

Hazırkı dövlət başçısı Mario Abdo Benites seçkilərdə iştirak etmir, çünki Paraqvay Konstitusiyası prezidentin səlahiyyətlərini bir müddətlə məhdudlaşdırır.
Paraqvayda prezident seçkilərində qalib gəlmək üçün namizədin nisbi səs çoxluğunu toplaması lazımdır. Vətəndaşlar həmçinin 45 senator və 80 deputat seçməli olacaqlar.

Qeyd edək ki, ölkədə səsvermə məcburidir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru