ABŞ-da məxfi sənədlərin şəbəkəyə sızdırılmasına görə prosesi başlayıb
1-05-2023, 08:56
ABŞ-ın Massaçusets ştatının məhkəməsində Milli Qvardiya Hərbi Hava Qüvvələrinin əməkdaşı 21 yaşlı Cek Teyxeyranın məhkəməsi başlayıb. O, ölkə Müdafiə Nazirliyinin məxfi məlumatlarını icazəsiz saxlamaqda və yaymaqda ittiham olunur.
APA-nın məlumatına görə, istintaq hərbçilərin 2022-ci ilin fevralından Şəbəkəyə məxfi məlumatları yükləməyə başladığını göstərir. Ümumilikdə ABŞ-ın yüzlərlə milli müdafiə sənədi açıqlanıb.