Fransada 2,3 milyon insan nümayişlərdə iştirak edib

2-05-2023, 07:57           
Fransada 2,3 milyon insan nümayişlərdə iştirak edib
Fransada 1 May nümayişlərində 782 minə yaxın insan artıq qəbul edilmiş pensiya islahatına etiraz edib. “Report” xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis bildirib ki, təkcə ölkənin paytaxtı Paris şəhərində 112 min nəfər küçələrə çıxıb. Lakin Ümumu Həmkarlar İttifaqları ölkə üzrə isə təxminən 2,3 milyon insanın nümayişlərdə iştirak etdiyi bildirib.

Parisdə keçirilən aksiya polislə toqquşmaya çevrilib. Ölkə üzrə nümayişlərin qarşısını almaq üçün 12 min, Parisdə isə 5 mindən 8 minə qədər polis səfərbər edilib.

Etiraz aksiyaları zamanı azı 108 polis əməkdaşı yaralanıb, 291 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru