Rusiyanın iki şəhərində 9 may Qələbə Paradı ləğv edilib

4-05-2023, 00:09           
Rusiyanın iki şəhərində 9 may Qələbə Paradı ləğv edilib
Rusiyanın Lipetsk və Yelts şəhərlərində 9 May Qələbə Paradları mümkün təxribatlar barədə məlumatlara görə ləğv edilib.

Bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov bildirib.

“Qələbə günü regionlarda kütləvi şənliklər və anım tədbirləri zamanı baş verə biləcək təxribatlarla bağlı hüquq-mühafizə orqanlarında məlumat var. Bizim insanları riskə atmağa haqqımız yoxdur. Hamı başa düşür ki, paradlar ciddi şəkildə müəyyən edilmiş vaxtlarda, müəyyən edilmiş meydanlarda keçirilir”, deyə qubernator vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru