Pakistanda keçmiş Baş nazir İmran Xanın həbsindən sonra başlayan etirazlarda insan itkisindən sonra əyalət hökumətləri ordunu təhlükəsizliyi təmin etməyə çağırıb. Teref.az xarici mediaya istinadla xəbər verir ki, Pişəvərdə etiraz aksiyaları zamanı 4 nəfər ölüb, 27 nəfər yaralanıb. Dünəndən bəri təşkil edilən etirazlarda ümumilikdə 5 nəfər ölüb, 40-dan çox insan yaralanıb.