Finlandiyada Rusiya ilə sərhəddə hərbiləşdirilmiş ada satılır

11-05-2023, 11:18           
Finlandiyada Rusiya ilə sərhəddə hərbiləşdirilmiş ada satılır
İsmo Ratyu adlı finlandiyalı sahibkar Rusiya sərhədi yaxınlığında yerləşən Rankki adasını artıq istismar olunmayan hərbi qurğuları və istehkamları ilə birlikdə satışa çıxarıb.

Məlumata görə, sahibkar əvvəllər qarnizonların yerləşdiyi adanı 7,9 milyon avroya satmağı planlaşdırır.

Bildirilir ki, adadakı bütün binalar hazırda qızdırılır. Belə ki, bütün binalarda geotermal istilik sistemi var.
Qeyd edək ki, Rankki 1916-cı ildən etibarən kənar şəxslər üçün qapalı bir ada olub. 2015-ci ildə iş adamı onu 700 min avroya aldıqdan sonra ərazi turistlər üçün açılıb.

Mənbə: eurointegration.com.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru