Bu ölkədə insanlar yoxsulluğa görə orqanlarını satışa çıxarır
11-05-2023, 13:14
İranda çarəsiz insanların böhranla mübarizə aparmaq üçün orqanlarını satdıqları iddia olunur.
Ölkə.Az “Cahan-e-incəsənət” qəzetinə istinadla xəbər verir ki, insanlar orqanlarını 7-15 min dollara satırlar.
Küçələrdə üzərlərində “İki böyrək satılır” yazısı ilə reklamlar asırlar.
Böyrək, qaraciyər, buynuz qişa, sümük iliyi, sperma və yumurta ən çox satılan orqanlardır.
İddiaya görə, bu sahədə vasitəçilik edən şəxslər orqanları alaraq Birləşmiş Ərəb Əmirlikləri və İraq kimi ölkələrə göndərir.
İranlı bir gənc qəzetə böyrəyini satacağı barədə məlumat verib.
“Qan qrupum 0 mənfi, 22 yaşım var. Böyrəyimi 5 milyard riala (təx. 17 000 AZN) satacağam. Maddi problemlərim olduğu üçün böyrəyimi satmaqdan başqa çarəm yoxdur. Kim mənim qaraciyərimi istəsə, onun da bir hissəsini 2 milyard riala (təx. 6 800 AZN) sataram”
Qeyd edək ki, beynəlxalq sanksiyalar, neft ixracatındakı daralma və yüksək inflyasiya səbəbindən İranda yoxsulluq və bərabərsizlik artıb.