Rusiya Putinin həbsinə order verən BCM hakimlərini axtarışa verməklə hədələdi

13-05-2023, 08:14           
Rusiya Putinin həbsinə order verən BCM hakimlərini axtarışa verməklə hədələdi
Rusiya İstintaq Komitəsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimlərini axtarışa verməklə hədələyib.
Tribunainfo.az “New voice”a istinadən xəbər verir ki, Rusiyanın TASS agentliyinin məlumatına görə, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin deyib.

“Bu qərarın qəbuluna fəal təsir göstərən məhkəmənin prokuroru, sədrləri və üç hakimi yaxın vaxtlarda axtarışa verəcəyik”, – Bastrıkin bildirib.
Xatırladaq ki, martın 17-də Haaqa yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar 2022-ci il fevralın 24-dən uşaqları Ukraynadan Rusiyaya qanunsuz deportasiya etməkdə ittiham olunurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru