Kanadada meşə yanğınları: Alovların tüstüsü ABŞ-yə çatdı - FOTO

13-05-2023, 10:14           
Kanadada meşə yanğınları: Alovların tüstüsü ABŞ-yə çatdı - FOTO
Mayın 6-da Kanadanın qərbindəki Alberta ştatında başlayan və daha sonra Britaniya Kolumbiyası bölgəsinə yayılan meşə yanğınları nəticəsində yüksələn tüstü ABŞ-yə çatıb.

ABŞ-nin Milli Hidrometeorologiya Xidməti bildirib ki, Kanadada meşə yanğınlarından çıxan və atmosferin yuxarı qatında dayanmış tüstü Vaşinqtonda havanın alatoranlığa bənzəməsinə səbəb olub.

Səlahiyyətlilər Kanadanın Alberta ştatındakı meşə yanğınlarından 23-nün nəzarətdən çıxdığını və yanğınların 75 nöqtədə davam etdiyini bildirib.

Rəsmilər qeyd ediblər ki, 300 əsgər yanğınsöndürənlərə dəstək olmaq üçün havadan və qurudan yanğınların qarşısını almağa kömək edəcək.

Yanğınlar 6000-dən çox şagirdə təsir etdiyi üçün 28 məktəbdə təhsil dayandırılıb.
Qeyd edək ki, Kanadada mayın 6-dan başlayan meşə yanğınları səbəbi ilə 29 min sakin təxliyə edilib. Alberta ştatında fövqəladə vəziyyət elan olunub.


Mənbə: BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru