ABŞ İrana qarşı müdafiə mövqeyini gücləndirir

13-05-2023, 10:47           
ABŞ İrana qarşı müdafiə mövqeyini gücləndirir
ABŞ ordusu İranın ticarət gəmilərini ələ keçirməsinin qarşısını almaq üçün Fars körfəzi regionunda müdafiə mövqeyini gücləndirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi brifinq zamanı deyib.

“Pentaqon bölgədə müdafiə mövqeyimizi gücləndirmək üçün bir sıra addımlar atacaq”, - Kirbi bildirib.

Qeyd edək ki, son iki il ərzində İranın beynəlxalq bayraqlarla üzən 15 ticarət gəmisinə hücum və ya onların naviqasiya sisteminə müdaxilə etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru