İsrail və Fələstin arasında atəşkəs qısa çəkdi

14-05-2023, 09:04           
İsrail və Fələstin arasında atəşkəs qısa çəkdi
Qəzza zolağında yerləşən fələstinli qruplar və İsrail qarşılıqlı atəşkəs haqqında razılığa gəliblər.

Məlumata görə, razılaşma yerli vaxtla saat 22:00-dan (Bakı vaxtilə saat 23:00-dan) etibarən qüvvəyə minib. Bildirilib ki, atəşkəs barədə razılıq Misirin fəal vasitəçiliyi ilə əldə olunub.

Lakin atəşkəsin qüvvəyə minməsindən qısa bir müddət sonra İsrail ordusu Qəzzada antiterror əməliyyatlarının davam etdirildiyini bəyan edib. Qeyd olunub ki, əməliyyat nəticəsində İsraili hədəf alan raket qurğuları məhv edilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru