Zelenski Kremlə hücumun səbəb və məqsədini açıqladı

14-05-2023, 12:34           
Zelenski Kremlə hücumun səbəb və məqsədini açıqladı
Rusiya rəhbərliyi Ukraynadakı hərəkətlərinə ictimaiyyət qarşısında bəraət qazandırmaq üçün Kremlə hücumu özü təşkil edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya mətbuatının nümayəndələri ilə görüşündə bildirib.

Eyni zamanda, prezident vurğulayıb ki, Kremlə Ukrayna dronu hücum etməyib, çünki Kiyev əslində nə baş verdiyini yaxşı anlayır.

Zelenski əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin həmişə hansısa bir “əsas”a ehtiyacı var, ona görə də o və ya onun ətrafı hər dəfə nə isə uydurur.
“Açığını deyim ki, bu bizim işimiz olsaydı, deyərdik. Niyə qorxaq? O, bizi hər gün bombalayır. Amma bizim mövqeyimiz ondan ibarətdir ki, biz mülki şəxslərə və Rusiya Federasiyasına atəş açmırıq”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Xatırladaq ki, mayın 3-də Rusiya Kremlə hücum olduğunu bildirib. Moskva bu işdə Ukraynanı ittiham edib.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru