ABŞ-DA İMMİQRASİYA QANUNU DƏYİŞDİ – MİNLƏRLƏ İMMİQRANT MEKSİKA SƏRHƏDİNDƏ QALDI

15-05-2023, 13:14           
ABŞ-DA İMMİQRASİYA QANUNU DƏYİŞDİ –
Meksika sərhəd xəttindəki immiqrantların sayının 27 min olduğunu bəyan edilib.

ABŞ-ın yeni immiqrasiya qaydalarına görə, Meksika sərhədində minlərlə immiqrant sərhədi qeyri-qanuni keçmək əvəzinə, sərhədin Meksika tərəfində qalaraq rəsmi sığınacaq üçün müraciət etməyə başlayıb.

ABŞ-da Kovid-19 pandemiyasının başlamasından sonra Maddə 42 kimi tanınan yeni immiqrasiya qaydası tətbiq olunmağa başladı. 42-ci maddə Birləşmiş Ştatlara gələn sığınacaq axtaranların məhkəmə qarşısına çıxarılmadan sürətlə deportasiya edilməsinə icazə verirdi.

Sərhəd xəttində olan mühacirlərin bir hissəsi qaydanı dəyişmədən sərhədi keçməyə çalışarkən, on minlərlə insan sərhədin Meksika tərəfində qaldı.

Sərhədi qanunsuz keçən şəxslərin sığınacaq müraciətləri bəzi istisnalar olmaqla etibarsız sayılır və 5 il müddətinə ABŞ-a girişi qadağan edilir.

Meksika immiqrasiya agentliyinin paylaşdığı məlumata görə, sərhəd xəttində çoxu Haiti , Venesuela və digər Latın Amerikası ölkələrindən olan immiqrantların sayı 27 minə yaxınlaşır. ABŞ-a görə bu rəqəm 60 min civarındadır.
İndependent












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru