"Rusiya və İran hərbi əməkdaşlığının artması təhlükə yaradır" - Ağ Ev

16-05-2023, 11:04           
"Rusiya və İran hərbi əməkdaşlığının artması təhlükə yaradır" - Ağ Ev
Rusiya və İran arasında hərbi əməkdaşlığın artması həm Ukrayna, həm də İranın qonşuları üçün təhlükə yaradır.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
Kirbi qeyd edib ki, ABŞ Rusiya və İranın Moskvaya Ukraynadakı müharibəni davam etdirməsinə kömək edən və İranın qonşuları üçün təhlükə yaradan görünməmiş hərbi tərəfdaşlığı genişləndirdiyinə dair daha çox əlamətlər görür.
Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edir, keçən ilin avqustundan indiyədək azı 400 ədəd texnika göndərib.
"İranın Rusiyaya verdiyi əsas hərbi yardım pilotsuz uçuş aparatlarıdır. Kreml PUA-ların qabaqcıl növlərini almağa üstünlük verir", - Kirbi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru