Rusiya və İran Rəşt-Astana dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalayacaq

17-05-2023, 12:52           
Rusiya və İran Rəşt-Astana dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalayacaq
İran və Rusiya arasında Rəşt-Astana dəmir yolu hissəsinin tikintisinə dair saziş Rusiya baş
nazirinin müavini Aleksandr Novakın mayın 16-17-də Tehrana səfəri zamanı imzalanacaq.
Bu barədə İRNA agentliyi mayın 16-da İranın Moskvadakı səfiri Kazım Cəlaliyə istinadən
məlumat yayıb.
İran səfiri bildirib ki, İrana səfəri zamanı Novakı Rusiyanın nəqliyyat naziri Vitali Savelyev,
Mərkəzi Bankın sədr müavini və gömrük xidmətinin rəhbəri müşayiət edir.
Cəlali həmçinin qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin başa
çatdırılması iki ölkənin prioritetlərindən biridir.
“Şimal-Cənub Dəhlizinin Rusiya, Azərbaycan və İranın daxil olduğu qərb qolunun dəmir yolu
baxımından Rəşt ilə Astara arasında 162 kilometrlik çatışmayan qovşaq var. Rəşt-Astara dəmir
yolunun tikintisinin başa çatması ilə Sankt-Peterburqla Fars körfəzi arasında əlaqə yaradılacaq”,
deyə İran səfiri qeyd edib.

Cəlali həmçinin bildirib ki, Novakın Tehran səfərindən sonra Rusiya Mərkəzi Bankının rəhbəri
Elvira Nabiullina da gələn həftə İrana gələcək və bu, İran və Rusiya arasında bank
əməkdaşlığının genişləndirilməsi üçün mühüm səfərdir.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan
arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə edilib. Göstərilən dövlətlərdə
daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib.
2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında
saziş”ə qoşulub.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq
nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və
Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin
intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya – Yaxın Şərq
arasında dəmir yolu və avtomobil daşımalarını da reallaşdıracaq.
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru