Ekvador Prezidenti parlamenti buraxıb

18-05-2023, 09:14           
Ekvador Prezidenti parlamenti buraxıb
Ekvador Prezidenti Gilyermo Lasso deputatların dövlət başçısının impiçmenti məsələsinə baxmağa başlamasından sonra parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsi haqqında fərman imzalayıb.

G.Lasso konstitusion həll yolu tapmaq üçün parlamenti buraxmaq hüququ verən Respublika Konstitusiyasının 148-ci maddəsini tətbiq etmək qərarına gəldiyini açıqlayıb. “Milli Seçki Şurasından dərhal parlament və prezident seçkilərinin təyin edilməsini də xahiş etdim”, - o söyləyib.

Dövlət başçısının sözlərinə görə, bu qərar hökumətə bütün səyləri Ekvador ailələrinin ehtiyaclarını ödəməyə yönəltməyə imkan verəcək. “Nazirlərin və onların komandalarının ekvadorluların problemlərini həll etmək əvəzinə, vaxtlarının çoxunu Milli Assambleyanın siyasi hücumlarına cavab verməyə sərf etməsi qəbuledilməzdir”, - o bildirib.

G.Lasso hökumətin islahatların aparılması üçün yaxın günlərdə bir neçə fərman verəcəyini də açıqlayıb.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru