Pakistan polisi İmran Xanın evini mühasirəyə alıb

18-05-2023, 00:32           
Pakistan polisi İmran Xanın evini mühasirəyə alıb
Pakistan polisi keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıb. "Report" xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb.

Polisin bildirdiyinə görə, Xan öz evində onun həbsinə qarşı ötən həftə etiraz aksiyaları keçirən insanlara sığınacaq verib.

Pakistanın keçmiş baş naziri mayın 9-da İslamabadda saxlanılıb. Bir gün sonra məhkəmə Xanın səkkiz sutka həbs edilməsi barədə qərar çıxarıb. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları 2 mindən çox insanı saxlayıb.

İttihama əsasən, Xan və onun ən yaxın tərəfdarları Əl-Qədir Universitetinin yaradılması üçün birgə fond təsis edib və bu, ölkə büdcəsinə təxminən 170 milyon dollar ziyanla nəticələnib.

Daha sonra Pakistanın Ali Məhkəməsi Xanın həbsinin qanunsuz olduğuna qərar verib. Qərarda məhkəmə qeyd edib ki, siyasətçi dərhal azadlığa çıxmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru