11 milyon britaniyalı kommunal ödənişlər və kreditlərini ödəməkdə çətinlik çəkir

18-05-2023, 10:18           
11 milyon britaniyalı kommunal ödənişlər və kreditlərini ödəməkdə çətinlik çəkir
Kommunal ödənişlər və kreditlərin ödənilməsində problem yaşayan britaniyalıların sayı son bir ildə 40% artaraq 2022-ci ilin may ayındaki 7,8 milyondan 10,9 milyona çatıb.

Teref.Az Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Bazarlarında Davranış Normasına Nəzarət Təşkilatının hesabatında deyilir.

Tənzimləyicinin məlumatına görə, Böyük Britaniyada təxminən 5,6 milyon insan son altı ayın ən azı üçündə kommunal ödənişlər və ya kredit ödənişlərini gecikdirib. İl ərzində onların sayı 1,4 milyon nəfər artıb.

Sorğunun nəticələrinə görə, ölkənin yetkin əhalisinin təxminən yarısı və ya təxminən 28,4 milyon insan bu ilin yanvarında altı ay daha əvvəl ilə müqayisədə yaşayış dəyərinin artması ilə bağlı daha çox narahatlıq və ya stress hiss edib.

Qeyd edək ki, Böyük Britaniyada apreldə inflyasiya 10,1% təşkil edib. İngiltərə Bankı cari il üçün istehlak qiymətlərinin artım tempinin 5,1% təşkil edəcəyini, 2024-cü ilin sonunda isə 2,3%-ə qədər azalacağını proqnozlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru