Litvalı deputat Rusiyanın məkrli planlarını açıqlayıb: Krımda uşaqları “canlı qalxan” kimi istifadə edəcəklər

19-05-2023, 09:04           
Litvalı deputat Rusiyanın məkrli planlarını açıqlayıb: Krımda uşaqları “canlı qalxan” kimi istifadə edəcəklər
Litva Seyminin üzvü Laurinas Kaşşünas Moskvanın məkrli planlarını açıqlayıb və bununla bağlı bir sıra ölkələrin hökumətlərinə çağırış edib.

Bu barədə Baltikyanı ölkənin siyasətçisi feysbukda yazıb.

“Rusiya Federasiyası dünyanın müxtəlif ölkələrində işğal olunmuş Krım yarımadasında yaxın gələcəkdə tətilə və ya müxtəlif mədəni-maarifləndirici tədbirlərə cəlb etmək məqsədilə uşaq qrupları təşkil edir. Bu əməliyyat coğrafi baxımdan fərqli yerlərdə aparılır.

Məsələn, musiqi müsabiqəsi qalibi adı altında bir qrup Qazaxıstan, İsrail, Belçika, Mərakeş, Tacikistan, Misir, Ermənistan və digər ölkələrdən on iki-on üç yaşlı məktəblilər yaxın gələcəkdə Krımdakı “Artek” uşaq düşərgəsinə dəvət olunurlar. Digər tədbirlər də təşkil olunur.

Bu, iki məqsəd üçün edilir: əlbəttə ki, Krımın guya Rusiya Federasiyasının qanuni bir hissəsi olduğu təəssüratını yaratmağa çalışmaq və işğal faktını inkar etmək, lakin hazırd əsas məqsəd daha məkrlidir – məqsədi, şübhəsiz ki, işğal olunmuş Krım yarımadası da olan Ukrayna qoşunlarının əks-hücum əməliyyatından öncə mümkün qədər çox “canlı qalxan” gətirməkdir.

Bu və digər dövlətlərin hökumətləri öz azyaşlı vətəndaşlarını qorumaq üçün dərhal tədbirlər görməli və Rusiya Federasiyasının girov və ya hərbi təbliğat məqsədləri üçün istifadə etməsinə mane olmalıdırlar”, - deputat qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru