Pentaqon 2024-cü ildə altıncı nəsil qırıcının istehsalına dair müqavilə imzalayacaq

19-05-2023, 08:27           
Pentaqon 2024-cü ildə altıncı nəsil qırıcının istehsalına dair müqavilə imzalayacaq
Pentaqonun tərkibində olan ABŞ Hərbi Hava Qüvvələri Departamenti 2024-cü ildə altıncı nəsil qırıcının istehsalı üçün müqavilə bağlamağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə idarənin məlumatında deyilib.

ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall bu münasibətlə qeyd edib ki, belə qırıcıların yaradılması layihəsi olan “Next Generation Air Dominance” (NGAD) platforması F-22 ilə müqayisədə texnologiya nəsillərində sıçrayışı təmsil edən “Air Dominance” sistemlər ailəsinin mühüm elementidir.

O belə bir maşının sağqalma qabiliyyəti və zərbə imkanları ilə fərqlənəcəyini bildirib.

“Heç kim bunu ABŞ Hərbi Hava Qüvvələrindən yaxşı etmir, lakin biz bu anda irəliləməsək, bu üstünlüyü itirəcəyik”, - ABŞ-nin yüksəkrütbəli hərbi rəsmisi deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru