Stoltenberq: “Bütün NATO ölkələri Ukraynanın alyansa üzv olması ilə razıdırlar”

19-05-2023, 10:47           
Stoltenberq: “Bütün NATO ölkələri Ukraynanın alyansa üzv olması ilə razıdırlar”
“Bütün NATO ölkələri Ukraynanın alyansa üzv olması ilə razıdırlar”.

Bu sözləri NATO Baş katibi Yens Stoltenberq “Spiegel” nəşrinə verdiyi müsahibəsində deyib.

“Dövlət və hökumət başçılarının qərarlarını qabaqcadan görə bilmərəm, lakin bir şey aydındır: bütün NATO ölkələri bu fikirlə razıdırlar ki, Ukrayna alyansa üzv olmalıdır. Onlar bunu ötən il sammitdə də vurğulamışdılar və dekabrda təsdiqlədilər. Lakin indi ən təxirəsalınmaz məsələ Kiyevə müharibədə kömək etməkdir”, - deyə Stoltenberq bildirib.
Eyni zamanda baş katib NATO-nun öz qaydalarından imtina edə biləcəyi və Ukraynanı müharibə sona çatmadan alyansa qəbul edəcəyi ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.

“Masada müxtəlif təkliflər var. Ukraynanın və mənim sələfimin iştirakı ilə ekspertlər qrupu tərəfindən hazırlanmış Kiyev Təhlükəsizlik Müqaviləsi Ukraynanın özünümüdafiə imkanlarının gücləndirilməsini təklif edir. Buna irimiqyaslı silah tədarükü və Ukraynanın müdafiə qabiliyyətinə uzunmüddətli investisiyalar qoyulması yolu ilə nail olmaq mümkündür”, - deyə Stoltenberq qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru