İtaliyanın Baş naziri G7 ölkələrinin sammitini təcili tərk edib

21-05-2023, 11:05           
İtaliyanın Baş naziri G7 ölkələrinin sammitini təcili tərk edib
İtaliyanın baş naziri Corciya Meloni Yaponiyada G7 ölkələrinin sammitini yarımçıq qoyaraq ölkəsinə qayıdıb.

46 yaşlı qadın siyasətçi bunu ölkəsindəki daşqınlarla əlaqələndirib.

“Vicdanım məni bu çətin məqamda qayıtmağa məcbur edir. Mənə mayın 23-də Nazirlər Şurasının iclasını daha yaxşı hazırlamaq üçün vaxt lazımdır. Bu iclasda zərər çəkmiş ərazilərə dəstək üçün tədbirlər görüləcək”, - C. Meloni bildirib.
Mənbə: ANSA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru