Britaniya kəşfiyyatı: “Rusiya ordusunda fərarilərin sayı artır”

25-05-2023, 00:19           
Britaniya kəşfiyyatı:
Rusiya Silahlı Qüvvələri sıralarında fərarilərin sayı artır.

Tribunainfo.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında deyilir.

Britaniya Müdafiə Nazirliyinin “Twitter“ səhifəsində dərc edilən məlumata əsasən, son vaxtlar Rusiya ordusunda fərarilərin sayı xeyli artıb.

Nazirliyin analitiklərinin sözlərinə görə, bu ilin ilk 5 ayı ərzində Rusiya məhkəmələri ümumilikdə 1053 fərarilik işinə baxıb ki, bu da ötən illə müqayisədə xeyli çoxdur.

Qeyd olunub ki, məhkəmə sənədlərinə əsasən, rusiyalı fərarilər əksər hallarda şərti cəza alırlar. Bu qərar, onların yenidən Ukrayna ilə müharibəyə göndərilməsi üçün verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru