Polşa İsveçdən AWACS təyyarələri sifariş edəcək

25-05-2023, 09:35           
Polşa İsveçdən AWACS təyyarələri sifariş edəcək
Polşanın müdafiə naziri Mariuş Blaşak İsveçlə erkən xəbərdarlıq təyyarələrinin (AWACS) alınması ilə bağlı danışıqlar apardığını açıqlayıb.

“Report” bu barədə yerli “Defense24” nəşrinə istinadən xəbər verir.

Polşa Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, danışıqlar yekun mərhələdədir.

"İlk dəfə açıq şəkildə bildirmək istəyirəm ki, İsveçdən erkən xəbərdarlıq təyyarələri almaqda yaxşı irəliləyiş əldə etmişik. Artıq ətraflı danışıqlar gedir. Ümid edirəm ki, danışıqlar qısa müddətdə uğurla başa çatacaq. Bu yolla dayanıqlılığı gücləndiririk. Polşanın, həm də Şimali Atlantika alyansının bütün şərq cinahının dayanıqlığıdır”, - Mariuş Blaşak bildirib.

“Saab GlobalEye” İsveçin “Saab” şirkəti tərəfindən hazırlanmış erkən xəbərdarlıq təyyarəsidir və “Bombardier Global 6000/6500” biznes reaktivlərinin mülki versiyası əsasında hazırlanıb.

Təyyarə elektron skan edilmiş aktiv antenası olan yeni “Erieye ER S” diapazonlu radarla təchiz edilib. O, gizli hava hədəflərinin aşkarlanması diapazonunu 70 % artırır və qanadlı raketləri aşkarlamağa imkan verir. Stansiyanın fəaliyyət məsafəsi 650 km-dən çoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.