ABŞ Kosovonu Serbiya ilə gərginliyi artırmaqda ittiham edib

27-05-2023, 09:53           
ABŞ Kosovonu Serbiya ilə gərginliyi artırmaqda ittiham edib
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, tanınmamış Kosovonun şəhər administrasiyalarının binalarını ələ keçirmək cəhdləri Belqraddakı hakimiyyətlə gərginliyi daha da artırıb.

Blinken ABŞ-ın Kosovo Vaşinqtonun və Kosovonun Avropadakı tərəfdaşlarının tövsiyyələrinə zidd hərəkətlərini qətiyyətlə pislədiyini bildirib.

"Bu hərəkətlər gərginliyin kəskin və lüzumsuz artmasına səbəb olub, Kosovo ilə Serbiya arasında münasibətlərin normallaşmasına kömək etmək səylərimizə xələl gətirib və Kosovo ilə ikitərəfli münasibətlərimizə təsir edəcək", - ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.