Polşa Almaniya ilə münasibətləri yaxşılaşdıracaq addımdan danışdı: “Bu, hər iki ölkə üçün sərfəli olacaq”

27-05-2023, 09:58           
Polşa Almaniya ilə münasibətləri yaxşılaşdıracaq addımdan danışdı:
“Almaniyanın Polşaya təzminat ödəməsi ölkələr arasında münasibətləri yaxşılaşdıracaq”.

Bu sözləri Polşa Baş naziri Mateuş Moraveski “Polşa radiosu 24”ün efirində deyib.

Nazir Polşanın heç vaxt bu məsələdən imtina etməyəcəyini bildirib. “Biz Almaniyadan müharibə təzminatının alınması məsələsindən heç vaxt imtina etməyəcəyik. Mən alman səfiri ilə qəti razı deyiləm, o, siyasi və həmçinin sosial anlamda da səhv fikirdədir”, - deyə Mateuş Moraveski vurğulayıb.

Qeyd edə ki, Almaniyanın Polşadakı səfiri Tomas Baqqer bu yaxınlarda verdiyi müsahibədə bildirib ki, hüquqi baxımdan təzminat məsələsi bağlanıb. Moraveski hesab edir ki, təzminatların ödənilməsi Almaniya üçün sərfəli olacaq.
“Bilirəm ki, bu, heyrətləndirici ola bilər, amma Polşa-Almaniya münasibətlərimiz üçün, - ümid edirəm min il bir-birimizlə yanaşı yaşamaq qismət olar, - bu əbədi, əsrlik itkinin kompensasiya edilməsi, bu göz yaşları, bu qan dənizi, ən azı minimum dərəcədə təzminatların tanınması müsbət hal olardı”, - deyə baş nazir əlavə edib.

Xatırladaq ki, sentyabr ayında Polşa rəsmiləri İkinci Dünya müharibəsində Almaniya tərəfindən məruz qaldıqları itkiləri 1,32 trilyon dollar dəyərində qiymətləndirdiklərini açıqlamışdılar.

Mənbə: UNİAN












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.