Zurabişvili müdafiə nazirini ittiham etdi: Salama görə

27-05-2023, 19:48           
Zurabişvili müdafiə nazirini ittiham etdi: Salama görə
Gürcüstan prezidenti müdafiə nazirinin Müstəqillik Gününün qeyd edilməsində protokolu pozduğunu bildirib.

Publika.az "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili, bir gün əvvəl Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə müdafiə naziri Cuanşer Burçuladzenin protokolu pozduğunu bildirib.

Salome Zurabişvilinin sözlərinə görə, Tbilisinin Azadlıq meydanına toplaşanları salamlayan vaxt Burçuladze əvvəlcə baş naziri, ondan sonra prezidenti və Ali Baş Komandanı salamlayıb:

"Bu, heç bir ölkədə mümkün deyil. Belə hərəkət hər yerdə çaşqınlıq yaradır. Bir şeyi də deyim: protokol təkcə daxildə dövləti qorumaq və münasibətlərimizi yaxşılaşdırmaqdan ibarət deyil. Fikir fərqi nə olursa olsun, hər kəsin öz yeri olmalıdır".

Zurabişvili vurğulayıb ki, bu, prezidentin ünvanına təhqir deyil, protokolun pozulmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru