Danimarka Ukraynaya 36 milyon dollarlıq sursat verəcək

13-06-2023, 10:04           
Danimarka Ukraynaya 36 milyon dollarlıq sursat verəcək
Danimarka Ukraynaya 250 milyon Danimarka kronu (36 milyon ABŞ dolları) dəyərində sursat göndərəcək. “Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen bildirib.

Onun sözlərinə görə, Kopenhagen Ukrayna hökumətinin xahişi ilə qarşı tərəfə 2 min artilleriya mərmisi verəcək.
“Vəziyyət elədir ki, hamımız əks-hücum elan olunduğunu görürük. Artıq bu proses gedir. Ukrayna Rusiya Silahlı Qüvvələrinin qarşısını ala bilib və indi vəziyyəti yaxşılaşdırmağın vaxtıdır. Bunun üçün Ukrayna qoşunları döyüş sursatı ilə təmin edilməlidir”, - nazir deyib.

Danimarka Ukraynanı hərbi texnika və silahlarla, o cümlədən “Leopard 2” tankları ilə təmin edir. Bu ölkə artıq Ukrayna pilotlarına “F-16” döyüş təyyarələrində təlim keçməyə başlayıb.

Danimarka bu yaxınlarda həm də Ukrayna üçün 130 milyon dollarlıq investisiya fondu sosial proqramı başladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru