ABŞ Çinin 31 təşkilatını qara siyahıya salıb

13-06-2023, 09:54           
ABŞ Çinin 31 təşkilatını qara siyahıya salıb
ABŞ Ticarət Nazirliyi Çindən olan 31 təşkilatı qara siyahıya salıb. "Report" xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilir ki, Ticarət Nazirliyi tərəfindən, həmçinin, İngiltərə, Keniya, Laos, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Sinqapur, Tayland və Cənubi Afrikanın bəzi strukturlarına ixrac məhdudiyyətləri qoyulub.

Qara siyahıya, xüsusən də, əvvəllər amerikalı sahibkar və özəl hərbi kampaniyanın qurucusu, sonradan adını bir neçə dəfə dəyişdirən Erik Prinsin rəhbərlik etdiyi Frontier Services Group Ltd də daxil edilib. Ona qarşı məhdudiyyətlər Çin hərbi pilotlarının təlimi və “ABŞ-nin milli təhlükəsizliyini təhdid edən” digər fəaliyyətlər üçün tətbiq edilib. Siyahıya, həmçinin, Cənubi Afrikadan uçuş məktəbi, Test Uçuş Akademiyası da daxildir. Vaşinqtona görə, akademiya Çin hərbi personalına təlim keçmək üçün keçmiş Britaniya hərbi pilotlarını cəlb edir.

ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilən bildirişə görə, eyni zamanda, Latviyanın Fiber Optic Solutions təşkilatı qara siyahıdan çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru